WOW
WOW

Ölümlə təhdid edilən fələstinli model susmadı

Ölümlə təhdid edilən fələstinli model susmadı

Məşhur model Bella Hadid Fələstin və İsrail arasında oktyabr ayında başlayan münaqişəyə ilk dəfə münasibət bildirib.

OLAY yazır ki, model bu barədə "İnstagram" hesabında paylaşım edib.

"Dünyanın diqqətini hazırkı vəziyyətə bir daha yönəldən bu çətin və dəhşətli, onilliklər boyu günahsız insanların həyatına son qoyan, ailələri məhv edən son iki həftəni təsvir etmək üçün hələ düzgün söz tapa bilməmişəm. Deyəcəklərim çoxdur, amma bu gün qısaca danışacağam".

Bella qeyd edib ki, ailəsi təhdidlərlə üzləşib, lakin bu, onun fikrini açıq şəkildə ifadə etməyə mane ola bilməz:

"Hər gün yüzlərlə ölüm təhdidləri aldım, telefon nömrəm oğurlandı, ailəm təhlükədə olduqlarını hiss etdi. Amma mən artıq susa bilmirəm. Qorxu həll yolu deyil. Fələstin xalqı və uşaqları, xüsusilə də Qəzza zolağında, susmağımıza dözə bilməz. Biz igid deyilik - onlar igiddirlər"

"Ölkənin tarixindən asılı olmayaraq, harada olurlarsa olsunlar, istənilən dinc sakinlərə qarşı terror hücumlarını pisləyirəm. Qadınlara və uşaqlara zərər verməklə ,terrorla azad Fələstin hərəkatına heç bir fayda vermək mümkün deyil" - deyə model vurğulayıb. 

Bella Oktyabrın 7-də HƏMAS hücumundan sonra ağrı ilə üzləşən israilli ailələr haqqında danışıb və onlar üçün matəm saxladığını deyib:

"Ürəyimdə inanıram ki, heç bir uşaq, heç bir insan heç bir yerdə müvəqqəti və ya qeyri-müəyyən müddətə ailəsindən alınmamalıdır. Bu həm israillilərə, həm də fələstinlilərə aiddir".