WOW
WOW

Konsert çıxışları zamanı etdiyi tələblər açıqlandı

Konsert çıxışları zamanı etdiyi tələblər açıqlandı

Rusiya estradasının primadonnası Alla Puqaçovanın konsert çıxışları zamanı təşkilatçılardan tələb etdiyi məqamlar açıqlanıb.

OLAY yazır ki, ifaçının çıxışı üçün şərtlər siyahısındakı əsas maddə isti bağ evi və ya otel olub. 

“O, status üçün bir neçə dəfə limuzin istəyib. Puqaçova təyyarələri sevmədiyi üçün ayrıca qatar vaqonunda səyahətə üstünlük verib. Əvvəllər onun istəyi ilə stansiyaya və ya hava limanındakı enişə zolağına bir avtomobil sürülə bilərdi. Həmin vaxt bu mümkün idi.  Ona və Rotaruya hər kəsə qadağa olunan şeyləri etməyə icazə verilirdi”.

Qastrol fəaliyyəti zamanı avadanlıqla bağlı problemlər yarana biləcəyi üçün müğənni özü ilə eyni səs avadanlığının daşınmasını tələb edib. Bundan əlavə, sənətçinin tələblərinə isti süd, nadir hallarda isə bir şüşə bahalı viski və ya konyak daxil olub.