“Allah bizi dünyaya gətirir və bir gün də alır. Amma mən artıq depressiyaya düşürəm. Son günlər ölümləri eşitməkdən ürəyim paramparça olur”.
OLAY yazır ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib.
“Nə olar Allahım, bu cavanlarımızı qoru. Bəlalardan, şərdən, böhtanlardan qoru. Nə olar ki, ömürləri uzansın. İtirə-itirə gedirik. Təəssüf ki, bəziləri anlamır. Həyat necə qısa və mənasız olub, bir başa düşsəydiniz” – deyə o vurğulayıb.