WOW
WOW

Məşhur müğənni fanatlarını konsertdən qovdu

Məşhur müğənni fanatlarını konsertdən qovdu

Britaniyalı musiqiçi, "Pink Floyd" rok qrupunun keçmiş lideri Rocer Uoters kobud formada narazı pərəstişkarlarından Londondakı solo konsertindən rədd olmağı tələb edib.

OLAY yazır ki, Uotersin pərəstişkarları sənətçinin mahnı ifa etmək əvəzinə səhnədə noutbukdan öz xatirələrini oxumaq üçün bir saat vaxt sərf etməsindən narazı olublar. 

Xüsusilə, 80 yaşlı müğənni ev heyvanları haqqında qeydləri oxuyub. 

İfaçı onun bu hərəkətlərdən hiddətlənən tamaşaçıları konsertdən qovub.