“Miss Portuqaliya 2023” müsabiqəsinin finalı baş tutub.
OLAY yazır ki, müsabiqədə ölkə tarixində ilk dəfə olaraq transgender, stüardessa Marina Maçete qalib gəlib.
İndi o, Portuqaliyanı noyabrın 18-də El Salvadorda keçiriləcək beynəlxalq "Kainat gözəli" müsabiqəsində təmsil edəcək.
Maraqlıdır ki, onunla müsabiqədə "Miss Hollandiya" titulunun qalibi, 22 yaşlı transseksual model Rikki Colle rəqabət aparacaq.