WOW
WOW

Əməkdar artist itkin düşdü

Əməkdar artist itkin düşdü

Rusiyanın əməkdar artisti, sovet kinosunun seks simvolu Yelena Kondulaynen Moskvada itkin düşüb.

OLAY yazır ki, dostları və həmkarları aktrisanı sonuncu dəfə yazda görüblər. 

Kondulaynen sentyabrın əvvəlində Luna Teatrında truppa toplantısına qatılmalı idi, lakin gəlməyib və heç kimlə əlaqə saxlamayıb. 

Kondulaynen uzun müddətdir sosial şəbəkələrdə də görünmür. 

Qeyd edək ki, 2020-ci ildə Elena Kondulaynen insult ilə xəstəxanaya yerləşdirilib. Daha sonra aktrisaya kəskin serebrovaskulyar pozulma və beyin damarlarının zədələnməsi diaqnozu qoyulub. Yaxınlarının dediyinə görə, o, insultdan tam sağalıb.