Amerikalı aktyor Kevin Speysi infarkt şübhəsi ilə Özbəkistanın paytaxtında xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, aktyor həmin vaxt Daşkənddə film festivalında olub .
Onun qolu uyuşduqdan sonra infarkt keçirdiyi şübhəsi yaranıb.
Speysinin sol əlinin bir neçə saniyə ərzində tamamilə uyuşduğu qeyd edilib. Daşkənd xəstəxanasında həkimlər müayinə keçirib və aktyorun MRT müayinəsi aparıblar, lakin şübhələr təsdiqini tapmayıb.
Qeyd edək ki, aktyor sentyabrın 29-dan oktyabrın 3-dək keçirilən XV Daşkənd Beynəlxalq Film Festivalında iştirak edib.