Arnold Şvartsenegger sərt ata olmasından danışıb.
OLAY yazır ki, Şvartsenegger uşaqlarına kiçik yaşlarından müstəqil olmağı öyrədib.
"Uşaqlara dedim ki, özləri çarpayılarını hazırlamalı, hamam və tualetlərini təmizləməli, paltarlarını yumalıdırlar" - deyə aktyor vurğulayıb.
Qeyd edək ki, aktyorun keçmiş həyat yoldaşından dörd övladı var - Ketrin, Kristina, Patrik və Kristofer. Həmçinin onun evində çalışan işçisindən də Cozef Baena adlı qeyri-qanuni oğlu da var.