WOW
WOW

Yadplanetlilər müğənninin dişlərini oğurlayıb?

Yadplanetlilər müğənninin dişlərini oğurlayıb?

Rusiyalı müğənni Katya Lel meksikalı ufoloqun nümayiş etdirdiyi yadplanetlilərin əvvəllər onun dişlərini oğurlayanlara çox bənzədiyini bildirib.

OLAY yazır ki, müğənni ictimaiyyətin tezliklə yad sivilizasiyalar haqqında həqiqəti öyrənəcəyinə ümid etdiyini dilə gətirib. 

"Mən çox şadam ki, proses başlayıb! Çoxlu sayda müxtəlif sivilizasiya var. Yeni kəşflər bizi təəccübləndirməyə başlayır" - deyə sənətçi qeyd edib. 

Lel əlavə edib ki, 16 yaşı olanda oxşar yadplanetlilər onun dişlərini oğurlayıblar.