WOW
WOW

Uşaqların qarşısında 5,4 milyona çıxış etdi, tənqid olundu

Uşaqların qarşısında 5,4 milyona çıxış etdi, tənqid olundu

Ötən gün Dima Bilan Beynəlxalq Uşaq Forumundakı çıxışına görə sərt tənqid edilib.

OLAY yazır ki, buna səbəb Dövlət Satınalmaları saytında yayımlanan müqavilə olub. 

Müqavilədə ifaçının yarım saatlıq çıxış üçün 5,4 milyon rubl ( 97 min 200 AZN) aldığı qeyd edilib. 

Bu, bütün tədbirin ümumi mükafat fondundan 1,5 dəfə çoxdur. 

İfaçının qonorarı sosial şəbəkədə istifadəçiləri hiddətləndirib. Müxtəlif ölkələrdən 2400 iştirakçının qatıldığı foruma görə ifaçının istədiyi məbləğin həddindən artıq yüksək olduğu vurğulanıb.