WOW
WOW

"Vergi ödəyin, amma kimlə gəldi evlənməyin"

"Vergi ödəyin, amma kimlə gəldi evlənməyin"

“Kəndimizdə 90 yaşlı bir nənə var. Boyu 1.50 sm olardı. Çox ucaboy yoldaşı vardı. Düşündüm ki, sevgi bunlrı bir araya gətirib. Məgər vergi gətiribmiş. O illərin qanununa görə, qız 20 yaşa çatarsa, hər ay dövlətə cərimə verməli imiş. Ona görə də, kimə gəldi gedibmiş.  Ən maraqlısı odur ki, doğduğu uşaqların heç biri atasının boyunu daşımırdı. Hamı ana kimi xırdaca...”

OLAY yazır ki, bu sözləri şairə Nazilə Səfərli “İnstagram” hesabında yazıb. 

“İndi həmin qanunun yenidən tətbiqi müzakirə edilir. Sağ olsunlar yaşı 30 düşünüblər. Əziz cavanlar, xahiş edirəm, əgər bu qanun qüvvəyə minərsə, vergi ödəyin, amma kimlə gəldi evlənməyin. 30 yaşa çatıb iş-güc sahibi ola bilməyənlərin evlənməyi boşanmağa çox yaxındır” – deyə şairə bildirib.

Qeyd edək ki, Millət vəkili Tahir Kərimlinin 30 yaşından yuxarı ailə qurmayan vətəndaşların dövlətə vergi verməli olduğunu deyib. O, daha sonra müraciət yayaraq belə təkliflə çıxış etməyini açıqlayıb.