Musiqi dünyasının məşhur qadın ifaçılarından biri, 7 "Qremmi" mükafatının sahibi, amerikalı pop, gospel, caz musiqiçisi və bəstəkarı Kristina Aqilera Türkiyədəki ilk konsertini Antalyada verib.
OLAY yazır ki, səhnəyə çıxan sənətçiyə maraq böyük olub. Aqilera konsertinə hit olan “Stripped” və “Dirrty” mahnıları ilə başlayıb və sənətçini səhnədə 8 rəqqasə, 3 vokalçı müşayiət edib.
Biletlərin qiyməti 13 min TL ilə 1 milyon TL arasında olub.