WOW
WOW

Mətbuat Şurası TikTok-la əməkdaşlığa başladı

Mətbuat Şurası TikTok-la əməkdaşlığa başladı

Azərbaycan Mətbuat Şurası “fake news”ların qarşısını almaq üçün TikTok-la əməkdaşlıq etmək niyyətindədir.

OLAY yazır ki, bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, bununla bağlı qurumda sosial şəbəkənin Azərbaycan ilə əlaqələndiricisi Emin Axundovla görüş keçirilib və müzakirələr aparılıb.

Müzakirələr zamanı dezinformasiyaların və yalan xəbərlərin qarşısının alınması istiqamətində tiktokun tətbiq etdiyi əks tədbirlər nəzərdən keçirilib, həmçinin tiktokda cəmiyyətimiz üçün faydalı kontentin yaradılması haqda fikir mübadiləsi aparılıb.