Fotosessiya
Fotosessiya

Taksi sürücüsündən İTV-nin aparıcısına təhdid!

Taksi sürücüsündən İTV-nin aparıcısına təhdid!

İctimai TV-nin “Sabaha saxlamayaq” verilişinin aparıcısı Vüsalə Məmmədovanın başına iş gəlib.

OLAY yazır ki, Vüsalə “Bolt” taksi şirkətinin sürücüsünün həm ehtiyatsız davrandığını, həm də onu təhdid etdiyini bildirib.

Bu haqda o, feysbukda yazıb:

“Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi “Arxadan maşın gəlir, saxlaya bilmərəm” deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və “O qapı içəridən açılmır, sol qapıdan düşün” dedi. İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı. Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım.

Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, “Bu işi neyləyək?”... “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq etmir... Mənə də deyir ki, səninlə başqa yerdə danışacam”.