Müğənni Elnarə Xəlilova tələbələrinə vaxt ayırdığı üçün evdə uşaqlarının onu qısqandığını bildirib.

OLAY yazır ki, bu barədə sənətçi “MTV maqazin” verilişində danışıb.

İfaçı bildirib ki, övladları onu bölüşə bilmir:

“Uşaqlarım məni onlara qısqanır”

“Uşaqlarım məni tələbələrimə qısqanır. Deyirlər ki, get, tələbələrinlə oturarsan, tortu tələbələrinlə bölüşərsən, onlarla çay içərsən. Körpədirlər, hələ başa düşmürlər ki, etməliyəm bunu. İstər-istəməz həftədə bir dəfə kiminsə klipi, layihəsi çıxır. Mən orada necə iştirak etməyim? Bir növ özüm ideya müəllifiyəm. İşi mən başlatmışamsa, sona çatdırmalıyam”.

Qeyd edək ki, Xəlilovanın 4 övladı var.

“Uşaqlarım məni onlara qısqanır” “Uşaqlarım məni onlara qısqanır”