Uzun müddətdir maraqla gözlənilən “Talant Mərkəzi Asiya” layihəsinin yayım tarixi açıqlanıb. 

OLAY yazır ki, yarışma proqramı 19 fevral 15:15 tarixində ekrana gələcək. Verilişin artıq ilk fraqmenti də yayımlanıb. 

Qeyd edək ki, Xəzər TV-də ekrana gələcək olan müsabiqənin aparıcısı Leyla Quliyevadır. Həmçinin, münsiflər sırasında Oksana Rəsulova Azərbaycanı təmsil edəcək.