Əməkdar artist Gülüstan Əliyeva indiki dövrdə sənətin adiləşdiyini deyib.

OLAY yazır ki, bu barədə o, “Həmin Zaur” proqramında qonaq olarkən danışıb. 

Əliyevanın fikrincə buna səbəb yeni fəaliyyətə başlayan ifaçılardır:

“Sənətə çox adi, təsadüfi adamlar gəlib. Özləri ilə bərabər sənəti də adiləşdiriblər. Sənət və sənətə xidmət edən adamlar da onların fövqündə adiləşməyə başlayıblar”. 

“Sənəti də özləri kimi adiləşdiriblər”