Rusiyanın tanınmış rəqqasəsi və aparıcısı Kristina Asmalovskaya 41 yaşında koronadan dünyasını dəyişib.

OLAY yazır ki, bu barədə mərhumun aparıcısı olduğu “ABVGDeyka” verilişinin bədii rəhbəri Tatyana Çernyayeva məlumat yayıb.

O bildirib ki, Krsitina reanimasiyada vəfat edib və peyvənd olunmayıb.

Aparıcının fəaliyyətindən də söz açan Tatyana onun izləyicilər tərəfindən çox sevildiyini söyləyib.