Müğənni Natavan Həbibi müsahibə vermək üçün pul tələb edib. 

OLAY yazır ki, bu barədə “Tarixin bir günü” verilişində aparıcı-prodüser Tarix Əliyev ( Tolik) məlumat verib. 

O deyib ki, sənətçi müsahibə vermək “MTV Maqazin”in aparıcısı İsa Şükürovdan 5 min manat pul istəyib.

Tolik sənətçinin bu addımını tənqid edərək “Rəhbərlik adından danışmaq istəmirəm. Fikrimcə, Natavan müsahibəyə pul istəyirsə, onun da klipi bu kanalda pulsuz yayımlanmamalıdır” sözlərini səsləndirib.