Müğənni Xatun Əliyeva mərhum qardaşı – stilist Balaşla bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi bu gün qardaşının ölümündən 2 il keçdiyini vurğulayıb. Balaşla birgə fotolarını paylaşan ifaçı kədərini bildirib.

“Kaş ölərdim, bu günü yaşamazdım”

“22.02.2021… Səni itirdiyim o lənət gün. O gün elə bildim ki, dünya başıma yıxıldı. Sənin vəfatından artıq iki il keçdi, bu çox böyük acıdır. Kaş mən ölərdim, bu günü yaşamazdım. Həyat elədir ki, ölə-ölə də yaşayırsan. Amma bizdən asılı olmayan hadisələr baş verir. Allaha sığınıb yaşayırsan bu taleyi. Amma sən hər an mənimləsən. Yoxluğun bizi yandırsa da, həyatla, insanlarla mübarizə apararaq yaşayırıq”, - deyə, Xatun qeyd edib.

Xatırladaq ki, Balaş xərçəng xəstəliyindən dünyasını dəyişib.

“Kaş ölərdim, bu günü yaşamazdım” “Kaş ölərdim, bu günü yaşamazdım” “Kaş ölərdim, bu günü yaşamazdım” “Kaş ölərdim, bu günü yaşamazdım” “Kaş ölərdim, bu günü yaşamazdım”