Rusiyanın məşhur “Maska” şousunun Yeni il buraxılışında Xalq artisti Emin Ağalarov da çıxış edib.

OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat paylaşıb.

Münsiflər proqrama “Qardan adam” kostyumunda qatılan Emini tanımaqda çətinlik çəkiblər.

Eminin “Maska” şoudakı çıxışı təəccübləndirdi

İfaçı layihədə həmkarı Aleksandr Serovun repertuarından olan “Suzanna” mahnısını səsləndirib.

Ağalarov paylaşımında proqramda yer aldığı üçün məmnunluğunu bildirib.