Xərçəngdən əziyyət çəkən Əməkdar artist Aygün Bəylər səhhəti ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə sənətçi “ATV Səhər”ə danışıb. A. Bəylər deyib ki, analiz cavabları yaxşıdır:

“Demək olar, cavablarım müsbətdir, sağalmağa doğru gedirəm. Həkimlər deyir ki, 90 faiz qalib gəlmisiz. O qədər problemin içində çox cüzi bir hissə qalıb. Bu da yaradıcılığıma bağlıdır. Yəqin ki, yenidən sənətimlə məşğul olsam, onlar da geridə qalacaq”.