Məşhur aparıcı Rövşanə Ağasəfqızı ilə vəkil Şəfiqə Nağıyeva arasında yaranan gərginlik bitib.

OLAY yazır ki, hüquqşunas Ağasəfqızının təqdim etdiyi “Qarşı-Qarşıya” proqramında ekspert qismində çıxış edib.

Onlar ötən ilin sonunda yaşadıqları qalmaqaldan da danışıb.  Aparıcı “biz küsülü deyilik, heç vaxt da küsməmişik. Hər kəs azad şəkildə fikrini bildirir”,- şərhini verib. Nağıyeva isə “biz öz sözümüzü demişik”, -deyə cavab verib.

Qeyd edək ki, tərəflər “Ümidlə gəl” proqramında üz-üzə gəlmişdilər.  Vəkil xəyanət edən qadınları tənqid edərkən aparıcı onu həmcinslərin düşməni olduğunu bildirmişdi.