Xalq artisti Faiq Ağayev illərdir konsert təşkil etməməsindən danışıb.

OLAY yazır ki, sənətçi bu haqda “Space maqazin” verilişinə müsahibəsində deyib.

“Pandemiya bizim planlarımızı çox dəyişdi və  3 il konsertsiz qaldım. Bu mənim üçün ən böyük cəzalardan biridir. Ümid edirəm ki, 2023-də tamaşaçıları ənənəyə uyğun olaraq dekabrda başıma toplayıb, solo konsert keçirəcəm”, - deyə, Faiq bildirib.

“Bu mənimçün ən böyük cəzalardan biridir” “Bu mənimçün ən böyük cəzalardan biridir”