Müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, “Rəngarəng”də qonaq olan ifaçı doğma atasından danışıb.
“Atamı görmək istəyərəm. Mənə hamı deyir ki, atana çox oxşayırsan. Mənim xarakterimdə bəzi nüanslar var, bunlar ana tərəfimdə yoxdur. Ona görə tanımaq istəyərəm, çünki fikirləşirəm ki, bunlar mənə haradan gəlib? Həyatda elə bir şey ola bilməz ki, qızını görməməyə məcbur qalsın. Ola bilər ki, valideynlər arasından problem olsun, amma uşağın günahı yoxdur. İndiki yaşımda baş versəydi, ayrılsaydılar, aramızda problem olsaydı, deyərdim, hə. Amma 2-3 yaşımda məni atıb gedib, bir dəfə maraqlanmayıb. Ailə həyatım uğursuz oldu, maraqlanmadı ki, bu uşağın başına niyə belə işlər gəlir? Bunları keçmək olmur. Böyük danışmayım, heç vaxt “heç vaxt” deməyi sevmirəm. Mən onun sayəsində dünyaya gəlmişəm, övladam, bir insalığım, vicdanım var. Nə qədər səhv etsə də, haqqımı halal edirəm. Çünki valideynimdir, bioloji atamdır. İndi eşitsəm ki, xəstəxanadadır, nə lazımdırsa, edərəm, amma getmərəm”, - deyə, Aysun bildirib.