Müğənni Yeganə Mürsəlova ata evini satma səbəbindən danışıb.

OLAY yazır ki, bu barədə o, “Günaydın, Azərbaycan” verilişində açıqlama verib. Yeganə deyib ki, bunu ondan anası istəyib:

“Anam o evi istəmirdi. Sonra çox xəstəliklər keçirdi. Orada olan xatirələr... Bu yaxınlarda dedi ki, atanın orada əkdiyi ağacları gedib çıxar. Dedim, birincisi qonşulara ayıbdır. İkincisi də atam o ağacları əkəndə fidan idi, indi böyüyüblər”.