Aparıcı və aktrsia Fidan Axundova ana ola bilməməsindən danışıb. 

OLAY yazır ki, bu barədə o, “Maqazin Plus”a açıqlama verib. 

Sənətçi deyib ki, valideyn olmağı çox istəsə də, alınmayıb:

“Ana olmaq qismət olmadı. Çox istədim. Amma əngəllər çox idi. Bacım Aydana ( Aktrisa Aydan Axundova – red.) ana kimi olmuşam. Bir ananın qayğılarını, keçirdiyi hissləri yaşamışam. Özü də deyir ki, sən mənim ikinci anamsan”.