Amerikalı iş qadını Peris Hiltonun yeniyetmə yaşlarında təhsil aldığı, ABŞ-nin Yuta ştatında yerləşən “Provo Canyon School” məktəbinin lisenziyası ləğv edilib.
OLAY yazır ki, aşkar olunan pozuntular arasında əsassız məhdudlaşdırıcı tədbirlərin tətbiqi, aqressiv fiziki təmas və uşaqların ehtiyaclarına laqeyd yanaşma halları yer alır.
“Bu gün ştat sağ qalanların uzun illərdir bildiyi həqiqəti təsdiqlədi: “Provo Canyon School” himayəsinə verilən uşaqları qorumaq öhdəliyini yerinə yetirməyib. Mən də həmin uşaqlardan biri olmuşam. Kömək üçün səslənməyin və heç kimin gəlməyəcəyinə inanmağın necə hiss olduğunu bilirəm. Bu gün isə həmin müəssisədə hələ də qalan uşaqlar nəhayət onları qorumağa gələn birinin olduğunu bilirlər” deyə məşhur bildirib.