Aparıcı Zaur Nəbioğlunun “Rəngarəng” verilişinin bağlandığı iddia olunub. Buna səbəb proqramın efirə getməməsi və təkrarının yayımlanması olub.
OLAY məsələni dəqiqləşdirib və “Azad Azərbaycan” telekanalının Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ozal İbrahimli ilə əlaqə saxlayıb. O. İbrahimli saytımıza xəbərin yalan olduğunu və proqramın fəaliyyətini dayandırmadığını bildirib.
Layihənin birinci gündən efirdə olacağı vurğulanıb.