Türk müğənni Rafet El Roman narkotik istintaqı çərçivəsində saxlanılan və qadağan olunmuş maddələrdən istifadə etdiyi təsdiqlənın keçmiş duet ortağı Yusuf Güneydən danışıb.
OLAY yazır ki, bir müddət öncə Bakıda konsert verən ifaçı “Mədəni şou”ya danışıb.
“Yusuf çox istedadlır, məhsuldardır. Amma istedadını dəyərləndirə bilmədi. Bir insan zirvədən özünü necə aşağı çəkə bilər? Bu da bir istedaddır”, - deyə, Rafet bildirib.