Dinləyicilərə ard-arda yeni hitlər təqdim edən müğənni Elçin Cəfərov repertuarına daha bir mahnı əlavə edib.
OLAY yazır ki, mahnı "Anla” adlanır. Söz və musiqisi Rafael Şabanova aid bəstənin aranjımanı isə Dahin Malik tərəfindən hazırlanıb.
Mahnı dinləyicilərə yeni və qeyri-adi fotosessiya ilə birlikdə təqdim olunub.
Bordo tonlarda klassik kostyum, qara dəri əlcəklər və zərif detallarla tamamlanan obrazda fotoqraf Elgün Zamanın kamerası önünə keçən sənətçinin yeni stili üzərində isə stilist Elnur Həsənov çalışıb.
"Anla" müğənninin rəsmi "youtube" kanalı və bütün musiqi platformalarında onlayndır.