İnternetdə britaniyalı yazıçı Reyçel Kaskın hələ nəşr olunmamışdan əvvəl qalmaqala səbəb olan “M-in həyatı” kitabı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

OLAY yazır ki, hesab olunur ki, əsər Hollivud ulduzu Natali Portmanın həyatının “qaranlıq” tərəflərini əks etdirir. DailyMail bədii romanın ilkin nüsxəsini əldə edib və baş qəhrəmanın - “ağrılı dərəcədə uzaq və öz dünyasına qapılmış divanın” o qədər də xoş olmayan portretinin bəzi detallarını açıqlayıb.

Daha əvvəl məlum olmuşdu ki, Kaskın yaratdığı M. adlı aktrisanın həyatı Portmanın bioqrafiyasındakı bəzi mərhələləri təkrarlayır: o da Avropanın paytaxtında yaşayır (Portman son illərdə ailəsi ilə Parisdə yaşayır), böyük bir brendin simasıdır (Natali Diorun səfiridir) və öz kitab klubunu yaradıb. Bundan əlavə, M. də Portman kimi hələ uşaqlıqdan məşhurlaşıb və gənc yaşlarında cinsi zorakılığa məruz qalıb. Bunun Natali Portmanın da başına gəldiyini təsdiqləyən heç bir sübut yoxdur. Lakin onun 12 yaşında Lük Bessonun “Leon” filmində çəkiliş zamanı cinsi səhnələri olub və bu səhnələr anasının tələbi ilə filmdən çıxarılıb.

Yeni məqalədə nəşr xatırladır ki, Portman “Qara qu quşu” filmində ambisiyalı balerina roluna görə “Oskar” mükafatına layiq görülüb. Kitabın qəhrəmanı M. də buna bənzər bir filmdə rol alıb. O, balet müəllimlərinin istedadı barədə aşağı fikirlərini dəyişməyə çalışır və özündən daha gözəl olmasa da, peşəkarlığı daha yüksək olan başqa bir aktrisaya böyük həsəd aparır.

Nəşrin qeyd etdiyi kimi, Kask yazıq, özünə qapanmış və insanlardan uzaqlaşmış bir ulduzun sarsıdıcı portretini yaradıb. Bu ulduz normal həyat sürməyə bütün gücü ilə çalışsa da, sonda özünün yaratdığı möhtəşəm şöhrətin içində tamamilə itib-batır.

“Yazıq və özünə qapanmış ulduz...”