“X” şirkətinə 50 milyon dollarlıq startap satan Tural Bədirxanlı ailə qurub.
OLAY-ın məlumatına görə, tədbir paytaxtın məşhur restoranlarının birində baş tutub.
Samira Xasməmmədovanın təşkilatçılıq etdiyi gecədə çəkiliş işləri Zeynal Məmmədliyə həvalə olunub.
Məclisdə Xalq artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artist Sabina Babayeva səhnə alıb.
Toyun idarəsi Zamiq Hüseynova həvalə edilib.