Məşhur müğənni Hadisə konserti zamanı şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

OLAY yazır ki, ana olmağa hazır olduğunu açıq şəkildə dilə gətirən Hadisə sözlərinə belə davam edib:

“İnşallah, bu mənə də qismət olar. Mən buna tam hazıram. Düşünürəm ki, qadın ana olmağa hazır olduğunu özü hiss edir, elə deyil? Məsələn, mən hazırda özümü buna hazır hiss edirəm. İnşallah... Amma təbii ki, əvvəlcə doğru insanı tapmaq lazımdır.”

Hadisənin səhnədən etdiyi bu səmimi etiraflar qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Uşaq istəyirəm, amma düzgün adam tapmıram”