Məşhur model Barbara Palvin və həyat yoldaşı, tanınmış amerikalı aktyor Dilan Sprous qız övladı gözləyirlər.

OLAY yazır ki, cütlük bu xəbəri aktyorun sosial şəbəkədə yayımlanan podkastı zamanı açıqlayıb.

“Bəli, qızımız olacaq. Onun dünyaya gəlməsini səbirsizliklə gözləyirəm” deyə aktyor bildirib və əlavə edib ki, artıq qızına “şahzadəm” deyə müraciət edir.