Ötən gün Xalq artisti Aygün Kazımova 55 illik yubileyini təmtəraqlı şəkildə qeyd edib.

OLAY yazır ki, konsert tipində baş tutan gecədə bir çox şou-biznes nümayəndələri iştirak ediblər.

Gecənin ən yaddaqalan sürprizlərindən birini Xalq artisti Tünzalə Ağayeva edib. Pop ulduz diva üçün pianist Rövşən Yusifovun müşayiəti ilə “Sevgilim, süz” və “Hədiyyə” mahnısını səsləndirib.

Doğum gününün yeganə canlı ifası böyük coşqu ilə qarşılanılıb.