Sarıyerdə türk aktrisa Melisa Döngelə tıxacda silah göstərərək təhdid edən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

OLAY yazır ki, hadisə sentyabrın 9-da bir yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib.

Əldə edilən məlumata görə, aktrisa Melisa Döngel və onun yanında olan M.F.S. avtomobillə hərəkətdə olarkən başqa bir avtomobildə olan sürücü hərəkətin davam etdiyi küçədə Döngelə silah göstərib.