İş qadını Kayli Cenner daha uşaq sahibi olmağı planlaşdırmadığını etiraf edib.
OLAY yazır ki, “The Girls” realiti-şousunda bacısı Xloya Kardaşyanın rəfiqəsi ilə söhbəti zamanı 29 yaşlı model övladlarının artıq kifayət qədər böyüdüyünü və yenidən hamilə qalmaq fikrinin ona “dəlilik” kimi gəldiyini bildirib.
“Qəti şəkildə “xeyr” demək istəmirəm, amma demək olar ki, 99,9 faiz əminəm ki, bunu bacarmazdım” deyə Cenner bildirib.
Xatırladaq ki, model keçmiş sevgilisi, reper Trevis Skottdan olan iki övladını böyüdür: səkkiz yaşlı qızı Stormi və dörd yaşlı oğlu Eyri. 2023-cü ildə reper ilə ayrıldıqdan sonra Kayli 30 yaşlı Timoti Şalame ilə münasibətə başlayıb.