Rusiyalı məşhur reper Timati (Timur Yunusov) öz kulinariya şəbəkəsi “Yeda tut”da milyonlarla rubl itirib.
OLAY yazır ki, biznes artıq ikinci ildir ciddi zərərlər gətirir və eyni zamanda şirkət təxminən 8 milyon rubl məbləğində məhkəmə iddiasında uduzub.
2025-ci ilin yekunlarına görə, şirkətin zərəri 641 min rubl təşkil edib və gəlir sıfır olub.
Məlum olub ki, şirkət kirayə müqavilələrinin düzgün icra edilməməsi səbəbindən təxminən 8 milyon rubl məbləğində iddiada uduzub. Kulinariya şəbəkəsinin problemləri bununla bitmir: yaxınlarda məlum olub ki, Timati 2025-ci il ərzində fəaliyyət göstərməyən mağazaları tamamilə bağlayır, çünki tərəfdaşlar xərclər artdığı halda məhsul qiymətlərini qaldırmaq istəməyiblər. Şirkətin ideyası ev yaxınlığında ucuz hazır yemək satmaq idi, amma plan istənilən kimi alınmayıb.