Məşhur ingilis aktyoru Tim Curry 80 yaşında vəfat edib. 

OLAY yazır ki, Karri 1946-cı ildə İngiltərədə doğulan karyerasına teatrda başlayıb və “The Rocky Horror Picture Show” filmindəki “Dr. Frank-N-Furter” rolu ilə dünya şöhrəti qazanıb.

Təxminən 60 illik karyerası ərzində “It” filmində “Pennywise”, “Home Alone 2” filmində isə otel işçisi “Mr. Hector” kimi yadda qalan obrazları canlandırıb. O, həmçinin “Clue”, “Legend” və “The Three Musketeers” kimi bir çox ekran işində rol alıb. Teatr və səsləndirmə sahəsində də uğurlara imza atıb.

Karri 2012-ci ildə keçirdiyi insultdan sonra həyatını əlil arabasında davam etdirirdi.

Tim Karri vəfat etdi