AZTV Azərbaycan tarixinə həsr olunmuş “Tarixin oyunu” adlı intellektual şounu efirə hazırlayır.
OLAY yazır ki, bu, Azərbaycanda tamamilə tarix mövzusuna fokuslanan ilk televiziya layihəsidir. Artıq çəkilişlərə start verilib, proqramın ilk buraxılışlarının fevral ayında yayımlanması planlaşdırılır. Şou həftədə bir dəfə efirə gedəcək.
İştirakçılar 12 suala düzgün cavab verməklə əsas mükafat – 10 000 manat qazanmaq imkanı əldə edəcəklər.
Suallar həm Azərbaycan tarixi, həm də dünya tarixinin əsas hadisələrini əhatə edəcək.
Verilişin aparıcısı Əməkdar artist Firdovsi Atakişiyevdir. Layihənin əsas məqsədi Azərbaycan tarixinin və mədəniyyətinin geniş auditoriyaya tanıdılmasıdır.