Malatyada səhnəyə çıxan türk müğənni Kurtuluş Kuşun konserti gərgin anlarla yadda qalıb.
OLAY yazır ki, müğənni ilə tamaşaçılar arasında təxminən 200 metrlik məsafə olması səbəbindən Kuş səhnədən enmək qərarına gəlib.
Bundan əlavə, Kurtuluş Kuşun tamaşaçılarla arasındakı maneələrin aradan qaldırılmasını tələb etdiyi iddia olunub. Tələbi yerinə yetirilmədikdə məşhur müğənninin “Oradakı insanlar bura gəlmədiyi müddətcə mən düşürəm” deyərək etiraz etdiyi bildirilir.
Yaşanan gərginlikdən sonra Kurtuluş Kuşun səhnədən endiyi və konserti yarımçıq dayandırdığı qeyd olunur.