68 yaşlı aktrisa Şeron Stoun ikinci həyat yoldaşından boşanması haqqında danışıb.
OLAY yazır ki, Stoun etiraf edib ki, 2000-ci illərin əvvəllərində həkimlər onun sinəsində böyük bir şiş aşkar ediblər. Aktrisanın sözlərinə görə, törəmə çox böyük olub. Həkimlər ona hər iki döşün çıxarılmasını tövsiyə ediblər.
Stoun bildirib ki, həmin vaxt yanında olan həyat yoldaşı Fil Bronstein buna “Bu, gülüncdür” deyərək reaksiya verib və otaqdan çıxıb. Aktrisanın sözlərinə görə, əri həkimlərin bu təklifinə çox qəzəblənib.
Nəticədə məlum olub ki, aktrisanın döşündəki törəmə xoşxassəlidir və sinəsinin çıxarılmasına ehtiyac yoxdur. Buna baxmayaraq, Stoun həmin hadisədən sonra həyat yoldaşı ilə münasibətlərini davam etdirə bilməyib: “Bu, evliliyimizin sonu oldu. Həmin an hər şeyin bitdiyini anladım”.