Türk müğənnilər Ferhat Göçer ilə Sinan Akçıl arasındakı gərginlik böyüyür.
OLAY yazır ki, Ferhat Göçer qatıldığı proqramlardan birində Sinan Akçıl ilə münasibətlərinin niyə əvvəlki kimi olmadığı sualını cavablandırıb. Göçər Akçılı musiqidən çox maqazin gündəmi ilə önə çıxmaqda tənqid edib.
Göçər Akçılın bu davranışları davam etdiyi müddətdə aralarındakı münasibətin düzələcəyini gözləmədiyini bildirib.
Ferhat Göçərin açıqlamalarından sonra susqunluğunu pozan Sinan Akçıldan diqqətçəkən addım gəlib.
Sinan Akçıl vəkili Eda Salman vasitəsilə Ferhat Göçerə notarius yolu ilə bəyannamə göndərildiyini açıqlayıb.
Akçıl bildirib ki, bəyannamədə öz əsərlərinin bundan sonra canlı ifa olunmasına razılıq vermədiyi rəsmi şəkildə bildirilib. Mahnıların xəbərdarlığa baxmayaraq canlı ifa edilməsi halında isə lazımi hüquqi addımların atılacağı açıqlanıb.
Akçılın sosial mediada Ferhat Göçerin adını çəkməyərək “F.G. adlı müğənni” ifadəsindən istifadə etməsi də diqqət çəkib.