Əməkdar artist Sevda Ələkbərzadənin illər əvvəl ifa etdiyi “Mən və o” mahnısı sosial şəbəkələrdə yenidən populyarlıq qazanıb.

OLAY yazır ki, sənətçinin 2012-ci ildə təqdim etdiyi bəstə TikTok platformasında trendə çevrilib. Belə ki, mahnının sədaları altında indiyədək 23 min video hazırlanıb.

İstifadəçilər mahnıdan müxtəlif məzmunlu videolarda istifadə edərək bəstəyə ikinci həyat qazandırıblar.

Qeyd edək ki, mahnının musiqisi Aysel Məmmədovaya, sözləri isə İftixar Piriyevə məxsusdur.