Müğənni Sevanna “Dream Fest 2026” səhnəsində çıxışı zamanı çətin və həyəcanlı anlarla üzləşib.
OLAY yazır ki, festivalın iştirakçıları sırasında yer alan sənətçi performansı zamanı “Papi Papi” və “Любовь по проводам” mahnılarını səsləndirib.
Sevannanın sözlərinə görə, çıxış etdiyi brilyant formalı podiumun dirəklərindən biri qırılıb və iki mahnı boyunca konstruksiyanın aşacağından ehtiyat edib. Müğənni həmin dəqiqələri “əsl zəlzələ” kimi xarakterizə edib:
“Hər an elə bilirdim aşacaq, amma geriyə yol yox idi. Bütün tamaşaçılardan başımı qaldırıb onlara baxa bilmədiyimə görə üzr istəyirəm. Çalışırdım ayağımın altını kontrol edim ki, podium aşmasın”.
Bütün gərginliyə baxmayaraq, Sevanna çıxışını yarımçıq dayandırmayıb və performansını sona qədər davam etdirib.
Qeyd edək ki, Sevannanın “Dream Fest” üçün hazırlanan səhnə quruluşunun müəllifi tanınmış rejissor Ranar Musayevdir.