Selin Dionun 15 yaşlı əkiz oğulları Nelson və Eddi sosial şəbəkə istifadəçilərini xarici görünüşləri ilə təəccübləndirib.
OLAY yazır ki, müzakirələrə səbəb yeniyetmələrin Parisdə keçirilən futbol matçından yeni fotolarının yayılması olub.
Qardaşlar “Park de Prens” stadionunda Fransa çempionatının “Paris Sen-Jermen” və “Monako” komandaları arasındakı oyununu tribunadan izləyiblər. İstifadəçilər müğənninin oğullarının son vaxtlar nə qədər böyüdüyünə diqqət çəkiblər.
Əkizlərdən birinin görünüşü xüsusilə müzakirə olunub. Yeni fotolarda yeniyetmənin artıq gur və uzun saqqalının olduğu görünür. Bu səbəbdən bəzi istifadəçilər əvvəlcə onu yetkin kişi hesab ediblər. Bununla belə, Nelson və Eddi hələ 16 yaşlarını qeyd etməyiblər. Əkizlər 2010-cu ilin oktyabrında dünyaya gəliblər.