Avroviziya qalibimiz Nigar Camal müğənni Samir Piriyevlə barışmasından danışıb.
OLAY yazır ki, Nigar bu barədə “İncə səhər”də açıqlama verib.
Onun sözlərinə görə, bu barışığı Xalq artisti Röya Ayxan əldə edib.
Qeyd edək ki, Nigarla Samir arasında qalmaqal yaşadığı üçün “Bu sevgidən” adlı duetlərini təxirə salmış, barışdıqdan sonra təqdim etmişlərdi.