Palermoda müğənni Dua Lipa ilə aktyor Kallum Törnerin bu gün başlayıb həftəsonuna qədər davam edəcək toyuna qarşı etiraz aksiyaları keçirilir.

OLAY yazır ki, toydan qısa müddət əvvəl yerli sakinlər şəhərin mərkəzində plakatlar yapışdırıblar. Plakatlarda "Palermo kirayəyə verilmir. İctimai məkanlar hamımızındır. Burada yaşamaq hüququmuza geri dönürük", "Bizim meydanımız – sizin qonaq otağınız deyil", "Palermo zənginlər üçün deyil" kimi yazılar yazılıb.

Şəhər sakinlərinin belə reaksiyası toyla əlaqədar görülən təhlükəsizlik tədbirlərinə cavab olaraq ortaya çıxıb. Palermoda bu üç gün ərzində şəhərin iki əsas meydanına giriş məhdudlaşdırılıb. Toyun keçiriləcəyi ərazinin pəncərələrinə baxan sakinlərdən məxfilik sazişi imzalamaları tələb olunub, mərkəzdə işləyən mağaza sahiblərinə isə şəhər hakimiyyəti cümə günü erkən bağlanmaları barədə göstəriş verib.

Sakinlər Dua Lipanın toyuna etiraz edir!