“Wildberries” onlayn mağazasının təsisçisi, 50 yaşlı iş qadını Tatyana Kim yenidən Rusiyanın ən varlı qadını olub.
OLAY yazır ki, bu barədə “Forbes” jurnalının hazırladığı reytinqdə məlumat verilib.
Reytinqə əsasən, Kimin sərvəti 5 milyard dollar təşkil edir və o, Rusiyanın ən varlı qadınları siyahısında birinci yerdə qərarlaşıb. Bununla belə, onun aktivləri bir il ərzində 2 milyard dollardan çox azalıb. Bu ilin mart ayında iş qadınının sərvəti 8,1 milyard dollara çatmışdı və bu göstərici ona “Forbes” siyahısında yer alan demək olar ki, bütün rusiyalı milyarderləri geridə qoymağa imkan vermişdi. O zaman Kim yalnız Oleq Deripaskadan geri qalırdı. Kimin maliyyə itkilərinin səbəbi kimi fond bazarındakı eniş göstərilib.
Kim 2020-ci ildən etibarən Rusiyanın ən varlı qadını statusunu qoruyub saxlayır.